Özbəkistan "ASAN xidmət" təcrübəsini öyrənir
Təlim “ASAN xidmət” mərkəzlərində həyata keçirilən yeniliklərə, o cümlədən dövlət xidmətlərinin çatdırılması sahəsində tətbiq olunan innovativ həllərə həsr olunub.
Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində keyfiyyətli idarəetmə sistemlərinin tətbiqi və vətəndaş məmnunluğunun artırılması sahəsində Azərbaycan təcrübəsinin Özbəkistan tərəfi ilə paylaşılmasıdır.
Dövlət Agentliyinin müvafiq şöbələri tərəfindən iştirakçılara xidmətlərin standartlaşması, bu istiqamətdə biznes proseslərin idarə olunması və data analitika kimi sahələrdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Sonra Özbəkistan tərəfinin sualları cavablandırılıb.
Xatırladaq ki, 2019-cu ilin 4 oktyabr tarixində tərəflər arasında Özbəkistan Respublikasında Dövlət Xidmətləri mərkəzlərinin təkmilləşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
AzVision.az
Teqlər: ASAN Özbəkistan