AzVision.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata istinadən xəbər verir ki, şəhərin təbii qaza olan tələbatını ödəmək üçün yenidənqurma və bərpa işləri aparılır. İnfrastrukturun yenidən qurulması istiqamətində lazımi işlər görülür. Artıq Xankəndi şəhərində 1300 abonent təbii qazla təmin edilib və 15 sənaye obyektinə təbii qaz verilib.
Bundan əlavə, Böyük Qayıdışla əlaqədar əhalinin köçürülməsi nəzərdə tutulan Xocalının Xanyurdu və Təzəbinə kəndlərində qaz xətlərinin çəkilişləri davam edir.
Qeyd edək ki, Xankəndi şəhərində yaşayan əhali fasiləsiz olaraq içməli su, təbii qaz və elektrik enerjisi ilə təmin olunub.
AzVision.az