Əmircandakı İmam məscidi təmir ediləcək

   Əmircandakı İmam məscidi təmir ediləcək
  05 May 2025    Oxunub:359
Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla məsciddə təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti