Patriarx Kirill İlham Əliyevə Putinin dəvətini çatdırıb

 Patriarx Kirill İlham Əliyevə Putinin dəvətini  çatdırıb
  04 May 2025    Oxunub:515
"Əgər Rusiya-Azərbaycan münasibətlərindən danışırıqsa, mənə elə gəlir ki, indi hər şey çox yaxşı inkişaf edir. Tanrı qismət eləsin ki, bu, belə də davam etsin".
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill mayın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdə belə deyib.

"Moskvadan yola düşərkən Vladimir Vladimiroviçlə görüşmək imkanım oldu. O da Sizin haqqınızda çox səmimi şəkildə yaxşı, düzgün sözlər dedi. Məndən xahiş etdi ki, 80 illik yubileyə dəvəti çatdırım və Siz bu mühüm tarixi qeyd etmək üçün Moskvaya səfər edə biləsiniz. Bizim Prezidentimiz də siyasi jest naminə öz əqidəsini dəyişməyə meyilli deyil. O, ya susacaq, ya da düşündüyünü açıq şəkildə deyəcək.

Vladimir Vladimiroviçlə ünsiyyət təcrübəsi olan biri kimi deməliyəm ki, onun sözlərində belə səmimi rəğbət və belə açıqlıq hiss etdim, buna şahidlik edə bilərəm. Ona görə də ümid edirik ki, Siz bu əlamətdar tarixlə - dəhşətli düşmən üzərində Qələbənin 80 illiyi ilə əlaqədar Moskvaya səfər edə biləcəksiniz", - Patriarx Kirill söyləyib.

Moskvanın və Bütün Rusiyanın Patriarxı həmçinin Azərbaycana münasibətini bildirərək, “ Sizin mübarək ölkənizə adam həmişə qanadlanıb uçaraq gəlmək istəyir" deyib.

AzVision.az




Teqlər:





Xəbər lenti