Şəkidə ana doğuşdan sonra öldü

   Şəkidə ana doğuşdan sonra öldü
  17 Fevral 2025    Oxunub:891
Şəkidə ana doğuşdan sonra ölüb.
TƏBİB-dən bildirilib ki, fevralın 14-də 1998-ci il təvəllüdlü qadın Şəki Perinatal Mərkəzə müraciət edib. Ona 38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.

Bildirilib ki, bir gün sonra günorta saatlarında qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə təxirəsalınmaz reanimasiyon tədbirlər göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də qadının ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti