Türkiyə ilə turizm sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

   Türkiyə ilə turizm sahəsində əməkdaşlıq sazişi təsdiqləndi
  17 Fevral 2025    Oxunub:872
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti