Hikmət Hacıyev Netanyahu ilə regional hadisələri müzakirə etdi

  Hikmət Hacıyev Netanyahu ilə regional hadisələri müzakirə etdi
  19 Fevral 2025    Oxunub:584
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Bu barədə AzVision.az Azərbaycanın İsraildəki səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Baş nazir B. Netanyahuya çatdırıb. Öz növbəsində Netanyahu salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional hadisələr müzakirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti