Azərbaycandan İtaliyaya neft ixracı 10 dəfəyə yaxın artıb

   Azərbaycandan İtaliyaya neft ixracı 10 dəfəyə yaxın artıb
  20 Fevral 2025    Oxunub:436
Cari ilin yanvar ayında Azərbaycandan İtaliyaya 1,687 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

AzVision.az Dövlət Gömrük Komitəsindən məlumata istinadən xəbər verir ki, bu miqdarda məhsul ixracından əldə olunan gəlir 932,7 milyon ABŞ dolları təşkil edib.

Yanvar ayında İtaliyaya ixrac olunan bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1,508 milyon ton və ya 9,4 dəfə, dəyər ifadəsi ilə 822,2 milyon ABŞ dolları, yaxud da 8,4 dəfə çoxdur.

Belə ki, 2024-cü ildə Azərbaycandan İtaliyaya 179 min ton miqdarında, 110,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Qeyd edək ki, ötən ay Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi həcmi 3,460 min ton, dəyəri isə 1,903 milyard ABŞ dolları təşkil edib.

AzVision.az





Teqlər:





Xəbər lenti