Türkiyədə PKK-yə qarşı əməliyyat keçirilib

Türkiyədə PKK-yə qarşı əməliyyat keçirilib
  26 Fevral 2025    Oxunub:363
Türkiyənin İstanbul və bir sıra digər şəhərində PKK terror təşkilatı qarşı genişmiqyaslı əməliyyat keçirilib.
"Anadolu Ajansı"nın xəbərinə görə, İstanbul Respublika Prokurorluğunun Terror Cinayətləri üzrə İstintaq İdarəsi tərəfindən aparılan əməliyyat çərçivəsində İstanbulun müxtəlif rayonlarında, Ankara, Qars, Afyonqarahisar və Qırxlarəli şəhərlərində ümumilikdə 19 PKK üzvü saxlanılıb.

Məlumata əsasən, saxlanılan şübhəlilər təşkilatın gənclər birliyinin mənsublarıdır. Onların 10-15 fevral tarixlərində İstanbulun müxtəlif ərazilərində qanunsuz mitinqlər keçirdikləri bildirilir.

Şübhəlilərin məskunlaşdıqları ünvanlara baxış zamanı qadağan nəşrlər, təşkilati sənədlər və çox sayda rəqəmsal materiallar aşkarlanaraq götürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   PKK   antiterror   əməliyyat  





Xəbər lenti