"Trampın Qəzza planı "saatlı bomba"dır"

   "Trampın Qəzza planı "saatlı bomba"dır"
  26 Fevral 2025    Oxunub:389
"Qəzza zolağında iki dövlətli həll yolunun həyata keçirilməsi əvəzinə fələstinlilərin oradan regionun digər ölkələrinə köçürülməsi planı İsrail və Fələstin arasında mümkün normallaşma prosesinə qarşı qoyulan "saatlı bomba" təsiri bağışlayacaq".
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətər Əmiri Təmim bin Həməd Al Sani ilə paytaxt Dohada görüşünün yekununda dilə gətirib. O diqqətə çatdırıb ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən belə bir planın baş tutması "faciəvi nəticələr doğura bilər".

"Bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qərarlarının da pozulması deməkdir", - o deyib.

Lavrov həmçinin vurğulayıb ki, "Rusiya İsrailin regionda sülh sazişinə zidd hərəkətlərindən də narahatdır".
Tramp Qəzzanı belə görmək istəyir - VİDEO

Xatırladaq ki, Donald Tramp "Qəzza zolağı xarabalığa, təhlükəli zonaya çevrildiyi" üçün sakinlərin təhlükəsiz ərazilərə, əsasən də Misir və İordaniyaya köçürülmələri, zolağın ABŞ tərəfindən nəzarətə götürülməsi ilə əlaqədar xüsusi plan irəli sürüb. Onun bu planı müxtəlif ölkələr tərəfindən birmənalı qarşılanmayıb.

Tramp ötən gün özünün "Truth" sosial şəbəkə hesabında sözügedən plan baş tutacağı təqdirdə Qəzzanın necə görünəcəyini göstərən video da paylaşıb. Süni intellektlə yaradılan videoda Qəzza turizm mərkəzi, rivyera kimi nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   Qəzza   münaqişə   plan  





Xəbər lenti