Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
  27 Fevral 2025    Oxunub:400
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı Sərəncamın müddətini bir il uzadıb.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilir ki, söhbət ABŞ-nin o zamankı prezidenti Barak Obama tərəfindən 6 mart 2014-cü ildə imzalanan 13660 saylı İcra Sərəncamından gedir. Sənəddə Amerika tərəfinin fikrincə, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan şəxslərə və təşkilatlara qarşı məhdudiyyətlər qoyulur. Həmçinin müəyyən şəxslərin və vəzifəli şəxslərin səyahətinə məhdudiyyətlər nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti