Krım mitropolitini onun köməkçisi öldürmək istədi - VİDEO

 Krım mitropolitini onun köməkçisi öldürmək istədi  - VİDEO
  28 Fevral 2025    Oxunub:558
Krım mitropoliti Tixona qarşı terror aktını onun köməkçisi Denis Popoviç və digər din xadimi Nikita İvankoviç hazırlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar Federal Təhlükəsizlik Xidmətinə(FSB) istinad ediblər.

Rusiya konsulluğuna bomba atanlar fransız alimləri imiş
Saxlanılanlardan biri terror aktına Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə hazırlaşdığını söyləyib. O, qətli həyata keçirməyəcəyi təqdirdə yaxınlarının öldürüləcəyinə dair hədələr alıb.

Xatırladaq ki, FSB fevralın 28-də terror aktının qarşısının alınması barədə xəbər yayıb. Bununla bağlı şübhəli bilinən Rusiya və Ukrayna vətəndaşı saxlanılıb. FSB-nin məlumatına görə, onlar Mitropolit Moskvada olan zaman terror aktı törətməyi planlaşdırıblar. Saxlanılanlardan biri bildirib ki, partlayıcı maddə Sretenski monastırına qoyulmalı idi.

Fevralın 26-da FSB əməkdaşları ölkədə böyük terror aktının qarşısını almaları barədə məlumat yaymışdı. Həmin vaxt hədəf Stavropoldakı hərbi komissarlıq və xəstəxana olub. Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı silsilə terror aktları hazırlamaqda şübhəli bilinərək saxlanılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Krım   Terror  





Xəbər lenti