İsrail HƏMAS-ın “silah baronu”nu məhv edib

İsrail HƏMAS-ın “silah baronu”nu məhv edib
  28 Fevral 2025    Oxunub:371
Livanın şərqində Suriya-Livan sərhədindəki hərəkatı silahla təchiz edən “Hizbullah” radikal təşkilatının üzvü məhv edilib.
AzVision.az xəbər verir ki, İsrailin Müdafiə ordusu (ÇAXAL) belə məlumat yayıb.

“Dünən, cümə axşamı İsrailin Hərbi Hava Qüvvələri (HHQ) Hermel bölgəsinə zərbə endirib. Livan və İsrail arasında atəşkəs razılaşmalarının qüvvəyə minməsindən sonra Suriya-Livan sərhədində silah almaq üçün terror əməliyyatlarını əlaqələndirən “Hizbullah” terrorçusu Mühəmməd Məhdi Əli Şahin məhv edilib”, - xəbərdə deyilir.

ÇAXAL-ın mətbuat xidmətinin iddiasına görə, Məhdi Əli Şahin hərəkat üçün silahların alınması ilə bağlı sövdələşmələrin bağlanmasına cavabdeh olub, bundan sonra o, əldə edilən yükü “Hizbullah”ın müxtəlif bölmələri arasında paylaşdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Məhdi   məhv  





Xəbər lenti