Rusiya qoşunları Ukraynanın Sumı vilayətinə girib

“Mash” Telegram-kanalının məlumatına görə, rus qoşunları Ukraynanın Yunakovka ilə Rusiya Sudjası arasındakı yeganə asfalt yolu ələ keçirməyə çalışır. Bu, onlara Kursk vilayətində yerləşən Ukrayna hərbi bölmələrinin maddi-texniki təchizatını və təminatını çətinləşdirməyə imkan verəcək. Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahı isə Novenkoye kəndinin ələ keçirilməsi ilə bağlı məlumatı təsdiqləmir.
USQ-nin hesabatına əsasən, Ukrayna müdafiə qüvvələri Rusiya hərbçilərinin 16 hava hücumuna və 405 atəş həmləsinə baxmayaraq, Kursk vilayətində əməliyyatı davam etdirir. Ukrayna ordusu həmçinin Rusiya qüvvələrinin 11 həmləsini dəf edib.
Rusiya ilə tam sərhəddə yerləşən Novenkoye kəndi genişmiqyaslı işğal zamanı rus ordusu tərəfindən praktiki olaraq dağıdılıb.
Sahil İsgəndərov
AzVision.az