Aİ Kiyevə yardımın həcmini artırmalı olacaq

   Aİ Kiyevə yardımın həcmini artırmalı olacaq
  28 Fevral 2025    Oxunub:274
Vaşinqton yardımı dayandırsa, Avropa İttifaqı (Aİ) ABŞ-nin Ukraynaya verdiyi hərbi, maliyyə və humanitar dəstəyi əvəz etmək üçün öz xərclərini ikiqat artırmaq məcburiyyətində qalacaq.
AzVision.az “The Economist” jurnalına istinadən xəbər verir ki, Aİ ölkələri Ukraynaya yardıma 113 milyard avro xərcləyib ki, bu da onların toplum ÜDM-nin 0,2%-ni təşkil edir.

ABŞ-nin dəstəyinin dayandırılacağı onu əvəz etmək üçün Aİ öz töhfəsini təxminən iki dəfə artırmalı, yəni ÜDM-nin 0,4%-ni Ukraynaya xərcləməlidir. Yeri gəlmişkən, altı Aİ ölkəsi artıq Ukraynaya ÜDM-in bu faizindən artıq yardım göstərir.

Jurnal yazır ki, Aİ müdafiə xərclərini ÜDM-in 4-5%-nə qədər artırsa, uzunmüddətli perspektivdə ABŞ-nin köməyi olmadan öz müdafiəsini təmin edə biləcək. Aİ-nin müdafiə xərcləri hazırda 325 milyard avro təşkil edir ki, bu da ÜDM-in 1,8%-nə bərabərdir - NATO-nun 2%-lik hədəfindən aşağı.

Bu arada Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ prezidenti Donald Trampın və digər yüksək rütbəli amerikalı rəsmilərin Ukraynadakı münaqişə ilə bağlı Rusiyanın bəyanatlarını təkrarladıqlarını və danışdıqlarını iddia edib. Xanım Kallas ABŞ-nin yeni administrasiyasının Avropadan uzaqlaşmasından narahatdır.

“Bizə ünvanlanan bəyanatlar çox sərtdir. Rusiyaya ünvanlanan bəyanatlar isə çox səmimidir. Bu dəyişiklikdir. Bu həftə BMT-də ABŞ öz avropalı müttəfiqlərinin əleyhinə səs verib, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasını pisləyən qətnaməyə qarşı çıxıb”, - Aİ diplomatiyasının rəhbəri “Axios” portalına müsahibəsində ABŞ-dən incikliyini gizlətməyib.

Kaya Kallasın fikrincə, Tramp administrasiyasının Moskva ilə qarşılıqlı əlaqəsi Rusiya prezidenti Vladimir Putinə istədiyini – beynəlxalq legitimliyi verir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kallas   ABŞ   Ukrayna  





Xəbər lenti