AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, Pentaqon rəhbəri Pit Heqset məmurlarla söhbətində Meksika hökumətinin narkotik kartellərlə sövdələşmə ilə məşğul olmayacağı təqdirdə, ABŞ ordusunun birtərəfli tədbirlər görməyə hazır olduğunu bildirib.
“Bu mövzuda telefon danışığı yanvarın 31-də baş tutub. Telefon danışığında iştirak edən Meksikanın yüksək səviyyəli hərbi rəhbərləri onun sözlərini ABŞ-nin Meksikaya müdaxiləsinə işarə kimi qəbul edərək şoka düşüblər və bundan qəzəbləniblər”, - mənbələr istinad edən qəzet vurğulayır.
Heqsetin xəbərdarlığı yicarət üzrə danışıqlarda təzyiqi daha da artırıb: Meksika Trampın martın 4-dən etibarən Çindən idxala 10% rüsum tətbiq edəcəyi ilə bərabər Meksika mallarına da qoymaq istədiyi 25%-lik rüsumlardan yayınmağa çalışır. Pentaqon yaranmış vəziyyəti şərh etməyib.
Sahil İsgəndərov
AzVision.az