Türkiyənin vitse-prezidenti PKK-nın atəşkəs elan etməsini şərh edib

Türkiyənin vitse-prezidenti PKK-nın atəşkəs elan etməsini şərh edib
  01 Mart 2025    Oxunub:356
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz PKK-nın atəşkəs elan etməsinə münasibət bildirib.
AzVision.az bu barədə NTV-yə istinadən xəbər verir.

O bildirilib ki, PKK terror təşkilatının atəşkəs elan etməsi ilə Terrorsuz Türkiyə hədəfinə doğru yeni mərhələyə qədəm qoyulub.

Prezident köməkçisi, həmçinin bu prosesin nəticələrinin hökumət tərəfindən diqqətlə izlənəcəyini vurğulayıb.

Qeyd edək ki, PKK terror təşkilatı bu gün, Abdullah Öcalının çağırışına əsasən, atəşkəs elan etdiyi barədə məlumat yayıb.

AzVision.az





Teqlər:





Xəbər lenti