Ukrayna Britaniyadan 3,2 milyard dollarlıq müdafiə krediti alacaq

Ukrayna Britaniyadan 3,2 milyard dollarlıq müdafiə krediti alacaq
  01 Mart 2025    Oxunub:709
Ukrayna və Böyük Britaniya Kiyevin müdafiə ehtiyacları üçün 2,6 milyard funt sterlinq (3,2 milyard dollar) məbləğində kreditlə bağlı saziş imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın TSN telekanalı məlumat yayıb.

Sazişin təfərrüatları ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, hazırda Volodimir Zelenski Londondadır və Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşür.

AzVision.az



Teqlər:





Xəbər lenti