Türkiyədə saxta spirtli içkidən 81 nəfər ölüb

   Türkiyədə saxta spirtli içkidən 81 nəfər ölüb
  03 Mart 2025    Oxunub:391
Türkiyənin paytaxtı Ankara şəhərində son günlər saxta spirtli içkidən ölənlərin sayı 81-ə çatıb.
"Anadolu Ajansı"nın məlumatına görə, ölüm halları çərçivəsində Ankara Respublika Baş Prokurorluğu saxta spirtli içki düzəldən və satan şəxslərlə əlaqədar araşdırmalara başlayıb.

İstintaq tədbirləri nəticəsində 36 nəfərin saxlanıldığı blldirilir.

Onların barəsində qaçaqmalçılıq və ehtiyatsızlıqdan adam öldürmə maddələri üzrə cinayət işi açılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   saxta-spirt  





Xəbər lenti