ABŞ Ukraynaya bütün hərbi yardımları dayandırıb

   ABŞ Ukraynaya bütün hərbi yardımları dayandırıb
  04 Mart 2025    Oxunub:418
ABŞ Prezidenti Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb.
Bu barədə Ağ ev məlumat yayıb. “Prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”, - deyə Ağ ev rəsmisi bildirib.

Maliyyələşdirmənin dayandırılması qərarı Tramp administrasiyası tərəfindən xarici yardımın ümumi dondurulması fonunda verilib. Lakin əsas silah təchizatı kanalının bağlanması ABŞ Prezidenti ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən gərgin görüşdən bir neçə gün sonra baş verib.

"Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır və Amerika buna uzun müddət dözməyəcək!" - Tramp əvvəllər “Truth Social” sosial şəbəkəsində yazıb.

AzVision.az


Teqlər:





Xəbər lenti