Tramp: “Avropa Ukraynadan çox Rusiyaya pul xərcləyib”

“Avropa Rusiyadan neft və qaz almağa Ukraynanı müdafiə etməkdən daha çox pul xərcləyib”, - ABŞ prezidenti yazıb.
Bundan əlavə, Tramp amerikalı fermerləri ABŞ daxilində satış üçün çoxlu kənd təsərrüfatı məhsulları istehsalına başlamağa çağırıb, çünki xarici məhsullara tariflər aprelin 2-dən qüvvəyə minəcək.
Qeyd edək ki, 2021-ci ilin əvvəlindən 2024-cü ilin sonuna qədər Rusiyadan Avropa İttifaqına (Aİ) boru kəməri ilə qaz nəqlinin ümumi həcmi 61 faiz azalıb. Bununla belə, həmin dövr ərzində Aİ ölkələrinin Rusiyadan boru kəməri ilə nəql olunan qaza xərclədiyi vəsaitin həcmi cəmi 9 faiz aşağı düşüb.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Avropanın Kiyevə yardım üçün 138 milyard dollar göndərdiyini bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az