Türk diplomat: Beynəlxalq təşkilatlar gərginliyin artmasına xidmət edirlər

      Türk diplomat:    Beynəlxalq təşkilatlar gərginliyin artmasına xidmət edirlər
  04 Mart 2025    Oxunub:306
Beynəlxalq təşkilatların əsas vəzifəsi qlobal sülhü və təhlükəsizliyi təmin etmək olsa da, elə bir hal yaranıb ki, onlar qarşıdurmaları qızışdırmağa, gərginliyin artmasına xidmət edirlər.
Bu sözləri Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Stratcom Public Forum” çərçivəsində təşkil edilən “Daha ədalətli bir dünya mümkündür” adlı panel toplantısında açılış nitqində səsləndirib.

Diplomat bildirib ki, beynəlxalq sistem sülhü təmin etməkdə çətinliklərlə qarşılaşır: “Dünya sistemində islahatlara, dəyişikliklərə ehtiyac var. Bu məqsədlə tutarlı tədbirlərin görülməsi son dərəcə zəruridir. Dünya miqyasında sülhə və təhlükəsizliyə töhfə vermək üçün bir sıra qurumlar mövcuddur. Müharibələrin qarşısına sədd çəkmək elə sülhün təminatı mənasına gəlir. Ancaq biz qlobal qurumların bu qırğınları daha da alovlandırdığının şahidi olmaqdayıq. Mən buna çox təəssüf edirəm".


AzVision.az




Teqlər:





Xəbər lenti