Peskov: "ABŞ yardımının dayandırılması Kiyevi sülhə sövq edə bilər"

      Peskov:    "ABŞ yardımının dayandırılması Kiyevi sülhə sövq edə bilər"
  04 Mart 2025    Oxunub:339
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin Kiyevə hərbi dəstəyi dayandırması məsələsinə reaksiya verib.
AzVision.az xəbər verir ki, o, brifinq zamanı "ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırması Kiyevi sülh prosesinə doğru irəliləməyə həvəsləndirə bilər" deyib.

Ukraynalı deputatdan Zelenskiyə çağırış: "Trampdan üzr istə!"
Peskov qeyd edib ki, rəsmi Vaşinqtonun məlum qərarının təfərrüatlarını araşdırmaq lazımdır.

“Əgər məlumat doğrudursa, bu, Kiyev rejimini sülh prosesinə sövq edə biləcək bir qərar olacaq”, - Peskov qeyd edib.

Qeyd edək ki, Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb. Ağ ev-in bununla bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Peskov   ABŞ  





Xəbər lenti