Putin Trampın xahişini nəzərə alıb

   Putin Trampın xahişini nəzərə alıb
  04 Mart 2025    Oxunub:296
Moskva ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda vasitəçilik etməyə razılıq verib.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin yazdığına görə, Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında belə xahiş edib və Ər-Riyaddakı görüşündə ABŞ və Rusiya nümayəndə heyətləri bu məsələ ətrafından da müzkirə aparıblar.

“Moskva danışıqlar formatını dəstəkləyir və nizamlanmaya kömək etməyə hazırdır”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb.

İranın Xarici İşlər nazirliyinin təmsilçisi, öz növbəsində, bildirib ki, Vaşinqton və Tehran arasında Rusiyanın vasitəçiliyi təklifi təbii diplomatik addımdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Putin   Tramp   İran  





Xəbər lenti