Trampın namizədliyi Nobel Sülh mükafatına irəli sürülüb

   Trampın namizədliyi Nobel Sülh mükafatına irəli sürülüb
  04 Mart 2025    Oxunub:310
Respublikaçı konqresmen Darrell İssa ABŞ prezidenti Donald Trampın namizədliyini Nobel Sülh mükafatına irəli sürdüyünü açıqlayıb.
AzVision.az xəbər verir ki, Darrel İssa bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

“Bu gün mən Donald Trampı Nobel Sülh mükafatına təqdim edirəm. Heç kim buna daha layiq deyil”, - amerikalı konqresmen yazıb.

Darrel İssa hansı uğuruna görə Trampın namziədliyini irəsi srüdüyünü qeyd etməsə də, onun nümayəndəsi “The Hill” nəşrinə verdiyi şərhdə qərarın “Trampın Yaxın Şərqdə sülhməramlı səyləri” ilə bağlı olduğunu açıqlayıb.

Bölgəyə son səfəri zamanı sülh istəyinin aktual olduğunu öz gözləri ilə gördüyünü deyən konqresmen, Trampın sabitliyin təşviqinə verdiyi töhfələri vurğulayıb.

Trampın özü bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı jurnalistlərin sualını şərh edərkən “Nobel Sülh mükafatına layiq olduğunu, lakin heç vaxt onu almayacağını” bildirmişdi.

Xatırladaq ki, indiyədək dörd Amerika prezidenti Nobel Sülh mükafatının laureatı olub. Bu mükafat “xalqlar arasında qardaşlığa, tərksilah və sülh təşəbbüslərinin təşviqinə” töhfələrə görə verilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Nobel   mükafat  





Xəbər lenti