İsrail Livanın cənubuna PUA zərbəsi endirib

   İsrail Livanın cənubuna PUA zərbəsi endirib
  05 Mart 2025    Oxunub:518
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
Yerli mətbuatın məlumatına görə, PUA-lardan bir neçəsinin Ras-Naqura kəndində avtomobilə tuşlanması nəticəsində ətrafdakı iki nəfər xəsarət alıb. Bildirilir ki, yaralanan şəxslər yan-yörədən tullantı metal toplayan iki qardaşdır; onlar xəstəxanaya yerləşdirilib.

İsrail Ordusu faktla bağlı hələlik şərh verməyib.
Livan: "Ərazimizdə İsrailin istənilən cür varlığını işğal sayacağıq"

Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   PUA   zərbə  





Xəbər lenti