ABŞ daha Kiyevə kəşfiyyat məlumatları ötürmür - "Financial Times"

   ABŞ daha Kiyevə kəşfiyyat məlumatları ötürmür    - "Financial Times"
  05 Mart 2025    Oxunub:525
ABŞ artıq Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməkdən imtina edir. Lakin Vaşinqton məlumatları NATO müttəfiqlərinə ötürməkdə davam edir.
Bu fikirlər "Financial Times"da dərc olunan məqalədəndir. Nəşr Britaniya rəsmilərinə istinad edib.

Ağ Evdə qaralan qan: Prezidentlərin mübahisəsinin tam mətni
Müəllif yazıb ki, Vaşinqton bir müddət öncə gözlənilmədən Ukraynaya gedən kəşfiyyat "kanallarını" dondurub: "Amma ABŞ hələ də ən yaxın müttəfiqlərinə, o cümlədən Britaniyaya Rusiya və Ukrayna ilə bağlı kəşfiyyat məlumatları təqdim edir”.

"Daily Mail" qəzeti də öz mənbələrinə istinad edərək kəşfiyyatla bağlı yayılan məlumatların doğru olduğunu yazıb: "Bəli, ABŞ Britaniyaya belə Amerika kəşfiyyat məlumatlarının Ukraynaya verilməsinə qadağa qoyub".

Məqalədə qeyd edilib ki, Böyük Britaniya ilə yanaşı, Kiyevin Avstraliya və Yeni Zelandiya kimi digər Qərb müttəfiqləri də Amerika kəşfiyyatının informasiyalarını Ukrayna ilə bölüşürmüş.

Xatırladaq ki, bir neçə gün öncə Vaşinqtonda olan Zelenski ilə Tramp arasında siyasi və diplomatik qalmaqallar yaşanıb. Siyasətçilərin sərt mübahisələri bağlı qapılar arxasında deyil, jurnalistlər qarşında olub.

Bundan sonra Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzaladı. Ağ ev-in əmrlə bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   ABŞ   Kəşfiyyat  





Xəbər lenti