Elissa Slotkin: “Reyqan məzarda çevrilir”

      Elissa Slotkin:    “Reyqan məzarda çevrilir”
  05 Mart 2025    Oxunub:505
Amerikalı senator Elissa Slotkin ABŞ prezidenti Donald Trampı Rusiyanın Ukraynaya qarşı müharibəsinə münasibətinə görə tənqid edib.
AzVision.az “The Washington Post (WP)” qəzetinə istinadən xəbər verir ki, xanım Slotkin Trampın tez-tez “güc vasitəsilə sülh” ifadəsini təkrarladığı ABŞ-nin 40-cı prezidenti Ronald Reyqanın onun hərəkətlərindən şoka düşəcəyini bildirib.

“Zelenski ilə Oval kabinetdə baş verən insidentdən sonra Reyqan, yəqin ki, məzarında çevrilir. Soyuq Müharibənin övladı kimi 1980-ci illərdə Trampın yox, Reyqanın hakimiyyətdə olmasına sevinirəm. Çünki Tramp sonuncu “soyuq müharibəni bizim üçün uduzardı”, - amerikalı snator vurğulayıb.

Politico: “Tramp Zelenskiyə münasibətini dəyişir”
Elissa Slotkin Trampın “ehtiyatsız” rəhbərliyini tənqid edərək, onun hərəkətlərinin ölkənin iqtisadi ölümünə səbəb və Amerikanın liderliyinə təhdid ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Tramp Konqresdəki çıxışında Volodimir Zelenskinin mineral ehtiyatlar üzrə saziş bağlamağa və danışıqlar masası arxasına oturmağa hazır olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Slotkin   Tramp   Reyqan  





Xəbər lenti