Makron: “Rusiya ram edilməlidir”

      Makron:    “Rusiya ram edilməlidir”
  06 Mart 2025    Oxunub:607
Sülh Avropa qitəsinə yalnız “sakitləşdirilmiş” Rusiya ilə qayıdacaq.
AzVision.az xəbər verir ki, xalqa təcili müraciətində Frnsa prezidenti Emmanuel Makron belə deyib.

“Ukraynada sülhün nə qədər tez əldə edilməsindən asılı olmayaraq, biz Rusiya təhlükəsini dərk etməli və buna qarşı mübarizə aparmaq üçün özümüzü daha yaxşı silahlandırmalıyıq. Avropanın Ukraynaya öz şərtləri ilə sülh əldə etməsinə kömək edəcək”, - Makron iddia edib.

Onun sözlərinə görə, Moskvanın şərtləri ilə sülh bağlana bilməz. Rusiyaya etibar etmək olmaz, çünki o, Minsk razılaşmalarını pozub.

- Biz çoxlu silah istehsal edəcəyik ki, Ukrayna və biz başqalarından asılı olmayaq. Müdafiə sənayesinə çoxlu pul yatıracağıq, yaxın günlərdə mühüm qərarlar veriləcək”, - Fransa prezidenti bildirib.

Fransa ordusunu “Avropada ən effektiv” adlandıran Makron onun genişləndirilməsinə ehtiyac olduğunu qeyd edib: "Son 10 ildə Fransanın hərbi büdcəsi iki dəfə artıb, lakin ölkənin üzləşdiyi təhlükələri nəzərə alaraq, onu daha da artırmaq lazımdır”.

Bununla belə, o, vergilərin artırılmayacağını vurğulayıb. Makron həmçinin bildirib ki, Rusiya Ukraynadakı müharibəni qlobal münaqişəyə çevirib. Bu baxımdan, Avropanın gələcəyini Moskva və ya Vaşinqtonda müəyyən etmək olmaz.

Yeri gəlmişkən, 2022-ci ilin dekabrında Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın sabiq prezidenti Fransua Olland onların birbaşa iştirakı ilə imzalanmış Minsk sazişini əslində Ukrayna ordusunun daha yaxşı silahlanmasına imkan verən bir sənəd olduğunu açıqlayıblar. Bu iki siyasətçinin hər ikisi həmin sazişi məhz bu niyətlə dəstəklədiklərini etiraf ediblər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Makron   Rusiya   Ukrayna  





Xəbər lenti