Makron: “Ukrayna savaşı dünya müharibəsinə çevrilib”

      Makron:    “Ukrayna savaşı dünya müharibəsinə çevrilib”
  06 Mart 2025    Oxunub:582
Fransa prezidenti Emmanuel Makron xalqa təcili müraciətində Rusiyanın Fransa və Avropa üçün təhlükə olduğunu iddia edib.
AzVision.az xəbər verir ki, Makrona görə, Parisin təhlükələr dünyasında “tamaşaçı” kimi qalması “dəlilik” olardı: “Əgər bir ölkə Avropadakı qonşusunun ərazisini cəzasız olaraq zəbt edə bilərsə, o zaman heç kim heç nəyəsə arxayın ola bilməz”.

Eyni zamanda, Makron dünyanın “yeni dövrə” daxil olduğuna əmindir.

“Müttəfiqimiz olan Birləşmiş Ştatlar bu müharibə ilə bağlı mövqeyini dəyişib, Ukraynanı daha az dəstəkləyir və bundan sonra nə olacağına dair şübhələr yaradır. Təhlükəsizliyimiz və rifahımız daha da qeyri-müəyyənləşib və bunu demək lazımdır: biz yeni dövrə qədəm qoyuruq”, - Fransa prezidenti deyib.

Sülh bağlandıqdan sonra Avropa qoşunlarının Ukraynaya göndərilməsi ideyasını bir daha dəstəkləyən Makron, həmçinin bütün Avropa İttifaqını (Aİ) qorumaq üçün Fransanın nüvə silahının istifadəsi ilə bağlı müzakirələrə başlamaq qərarına gəldiyini açıqlayıb.

- Biz Ukraynada sülh planı hazırlamışıq. Gələn həftə Fransa Ukraynada gələcək sülhə zəmanət verməyə hazır olan ölkələrin baş qərargah rəislərini toplayacaq. Rusiya 2030-cu ilə qədər daha 3 milyon insanı səfərbər etmək, həmçinin 4 min tank qurmaq istəyir və Moskvanın Ukraynada dayanıb-dayanmayacağı məlum deyil”, - Fransa prezidenti bildirib.

Makron Ukraynada atəşkəsə qarşı çıxaraq qeyd edib ki, sülh istənilən qiymət bahasına və Rusiya diktaturası altında qurula və Ukraynanın təslimçiliyi demək ola bilməz.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Makron   Rusiya   Ukrayna  





Xəbər lenti