“Əlbəttə ki, bu, Rusiyanın ünvanına təhdiddir. Əgər o, bizi təhlükə hesab edirsə, Avropa ölkələrinin və İngiltərənin baş qərargah rəislərini toplantıya çağırırsa, nüvə silahından istifadə etmək lazım olduğunu deyirsə, Rusiyaya qarşı nüvə silahından istifadə etməyə hazırlaşırsa, bu, təbii ki, təhdiddir”, - Sergey Lavrov keçirdiyi mətbuat konfransında vurğulayıb.
![]() |
Makron: “Rusiya ram edilməlidir” |
Bundan başqa, Makronun çıxışını qarşıdurma kimi qiymətləndirən Kreml bildirib ki, bu, Fransanın müharibəni davam etdirməkdə maraqlı olduğu hissi yaradır.
- Fransa liderinin bəyanatında bir sıra, xüsusən də Ukrayna nizamlanması məsələsi ilə bağlı qeyri-dəqiqliklər var”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Emmanuel Makron xalqa müraciətində bildirmişdi ki, “Rusiya təhlükəsi” mövcuddur və bu amili nəzərdən qaçırmaq olmaz. Ukraynadakı “çox kövrək atəşkəsi” də rədd edən Makron, hər hansı həll variantının Kiyev üçün təslimçiliyə çevrilməməli olduğunu deyib.
Sahil İsgəndərov
AzVision.az