ABŞ İranın neft gəmiləri ilə bağlı plan hazırlayır

   ABŞ İranın neft gəmiləri ilə bağlı plan hazırlayır
  06 Mart 2025    Oxunub:446
Tramp administrasiyası beynəlxalq razılaşma əsasında İrana məxsus neft tankerlərini dayandırıb yoxlamaq planını nəzərdən keçirir.
"Reuters" xəbər agentliyinin adları açıqlanmayan altı məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, bu addım kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq məqsədi daşıyır. Agentlik yazır ki, ABŞ Prezidenti Donald Tramp İranı qlobal iqtisadiyyatdan qoparmaq naminə "maksimum təzyiq" kampaniyasını canlandıracağına söz verib.

"Tramp İranın neft ixracından gələn gəlirini sıfıra endirmək istəyir ki, Tehran nüvə silahı yarada bilməsin. Bu baxımdan da o, İranla əməkdaşlıq aparan neft şirkətlərinə, habelə "kölgə tankerlər"ə qarşı iki yeni sanksiya paketi irəli sürüb", - mənbələr bildirirlər.
ABŞ və İsrail Hərbi Hava Qüvvələri birgə təlim keçirib - VİDEO

Onların sözlərinə görə, Tramp hökuməti hazırda müttəfiq ölkələrlə birgə kritik nöqtələrdən, o cümlədən Asiyadakı Malakka boğazından keçən İranla əlaqəli gəmiləri dayandırıb yoxlamağın yollarını axtarır.

"Bu mexanizm İranın neft daşımalarını gecikdirmək, gəlir və təchizat zəncirlərinə zərbə vurmaq məqsədi daşıyır", - "Reuters" yazır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İran   neft-gəmiləri   sanksiya  





Xəbər lenti