Aİ Ukraynaya cəmi 15 dəqiqə vaxt ayırdı

      Aİ Ukraynaya cəmi 15 dəqiqə vaxt ayırdı
  08 Mart 2025    Oxunub:825
Martın 6-da baş tutan və təxminən 10 saat davam edən Aİ sammiti vaxtının çox hissəsini 800 milyard avroluq müdafiə xərclərinin artırılmasının necə maliyyələşdiriləcəyinin müzakirəsinə sərf edib.
AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Ukrayna üzrə danışıqlar isə təxminən 15 dəqiqə ərzində yekunlaşıb.

“Onlar Ukraynanın mövqelərini gücləndirmək üçün hər hansı yeni öhdəliklər barədə razılığa gələ bilməyiblər. Danışıqlar 15 dəqiqədən sonra başa çatıb. Bunun özü çox şeydən xəbər verir”, - qəzetdə dərc olunan materialda vurğulanır.

Bununla belə, Aİ diplomatlarının nəşrə dediklrinə görə, Ukrayna üçün gələcək silah yardımı paketləri üzərində iş davam etdiriləcək.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Ukrayna  





Xəbər lenti