Polşa nüvə dövləti olmaq iddiasındadır

 Polşa nüvə dövləti olmaq iddiasındadır
  08 Mart 2025    Oxunub:810
Bu ilin sonuna kimi biz Polşada müharibə zamanı hər bir yetkin kişinin hərbi hazırlığını təmin edən model hazırlamağa çalışacağıq və formalaşan ehtiyat potensial təhlükələrə adekvat olacaq.
AzVision.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk ölkə ralamentində çıxışı zamanı hazırda Ukrayna ordusunda 800 min, Rusiya ordusunda isə təxminən 1,3 milyon əsgərin olduğuna diqqət çəkib.

“Polşa ordusu isə ehtiyatda olanlar da nəzərə alınmaqla, indiki təxminən 200 min nəfərdən 500 min nəfərə qədər artmalıdır. Ukrayna nüvə arsenalından imtina etdikdən sonra hücuma məruz qaldı. Bizim üçün bu perspektiv nə qədər uzaq olsa da, Varşava öz nüvə silahına sahib olmaq istəyir”, - Donald Tusk iddia edib.

Qeyd edək ki, Polşa artıq bu il ÜDM-in 4,7%-ni müdafiəyə xərcləməyi planlaşdırır ki, bu da NATO-da ən yüksək göstəricidir. Donald Tusk parlamentdəki çıxışında hərbi xərclər ÜDM-in 5%-nə qədər artırılması zərurətini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Polşa   ordu   nüvə  





Xəbər lenti