ABŞ HƏMAS-ın tərəfdarlarını ölkədən çıxracaq

“Amerikadakı HƏMAS tərəfdarlarının vizalarını və/ və yaxud yaşıl kartlarını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər”, – Marko Rubio “X” sosial şəbəkəsindəki hesabında yazdığı şərhə Mahmud Xəlilin həbsi ilə bağlı xəbəri də əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin Sərhəd Xidməti Nyu-Yorkdakı Kolumbiya Universitetinin aspirantı fələstinli tələbə Mahmud Xəlili saxlayıb.
2024-cü ildə Fələstin tərəfdarı olan tələbələr universitet binası yaxınlığında çadır düşərgəsi qurublar. Mahmud Xəlil universitet rəhbərliyi ilə onların adından danışıqlar aparan şəxslərdən biri idi. Martın 9-da o, saxlanılıb.
Martın 5-də isə ABŞ prezidenti administrasiyasının Qəzzada saxlanılan amerikalı girovların azad edilməsi və münaqişəyə son qoyulması üçün razılaşmanın mümkünlüyü barədə HƏMAS ilə ictimailəşdirilməyən birbaşa danışıqlar apardığı açıqlanmışdı.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ HƏMAS deportasiya