Donald Tusk İlon Maska müraciət edib

“Əsl liderlik partnyorlara və müttəfiqlərə hörmət deməkdir - hətta kiçik və zəiflər üçün də. Heç vaxt təkəbbür demək deyil. Əziz dostlar, bu barədə düşünün”, - Donald Tusk yazıb.
Xatırladaq ki, dünən Sikorski və Maskın sosial şəbəkədə mübahisəsi baş verib. Ukraynadakı “Starlink” terminallarını nəzərdə tutan İlon Mask “əgər internet rabitəsini kəssəydi, cəbhə xətti dağılacaqdı” ifadəsini işlədib. Sikorski isə Kiyev üçün başqa rabitə xidməti provayderi tapacağı ilə hədələyib. Mask Sikorskinin sərt sözlərinə cavab olaraq onu “kiçik adam” adlandırıb.
Bununla belə, ABŞ-nin Dövlət katibi Marko Rubio, öz növbəsində Vaşinqtonun Ukraynanı “Starlink”dən ayırmaq niyyətində olmadığını açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az