Kiyev öz gücü hesabına da döyüşməyə hazırdır

   Kiyev öz gücü hesabına da döyüşməyə hazırdır
  10 Mart 2025    Oxunub:784
ABŞ hərbi yardımını dayandırdıqdan sonra Ukrayna öz silah istehsalını inkişaf etdirməyə diqqət yetirir və bu, hazırda hərbi maşınının vacib hissəsinə çevrilib.
AzVision.az “The Times” nərinə istinadən xəbər verir ki, Ukraynanın baş nazirin Denis Şmıqal üç il ərzində yerli silah istehsalının 35 dəfə artdığını və hazırda ehtiyac duyduğu silahlar üzrə istehsal etdiyi silahların həçmini 33%-dən 50%-ə çatdırmaq məqsədi güddüyünü bildirib.

“Ukraynada hərbi istehsal müharibənin ilk günlərindən qarajlarda və kiçik fabriklərdə inkişaf edib və 2024-cü ilə qədər hökumətin satınalma imkanlarını üstələyib. Ukrayna sənayesi artıq Qərbin atəş gücü çatışmazlığını təmin edə bilib və bir neçə şirkət qlobal səviyyəyə çatıb”, - keçmiş Müdafiə naziri Andrey Zaqorodnyuk deyib.

Daha bir sabiq Müdafiə naziri Aleksey Reznikov isə bildirib ki, Ukrayna hətta Qərb texnologiyaları ilə rəqabət apara biləcək yeniliklərə malik ən böyük hərbi laboratoriyaya çevrilib. O, ABŞ-nin hərbi dəstəyinin sona çatmasının cəbhədəki vəziyyətə böyük təsir göstərməyəcəyinə əmindir. Çünki son üç ildə müharibə kəskin şəkildə dəyişib və pilotsuz təyyarələr tank dəstələrini effektiv şəkildə məhv edə bilir.

Bununla belə, müdafiə sənayesindəki nailiyyətlərə baxmayaraq, Andrye Zaqorodnyuk ABŞ-nin dəstəyinin olmamasının hələ də, xüsusilə raketlər, hava hücumundan müdafiə (HHM) və kəşfiyyat sahəsinə zərbə vuracağını düşünür. Eyni zamanda, Ukrayna müdafiə sənayesinin tərəfdarlarının fikrincə, ABŞ-nin uzaqmənzilli sistemlərinə yerli alternativ yalnız gələn ildə peyda olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   təkbaşına   müharibə  





Xəbər lenti