![]() |
Moldova səfiri Rusiya XİN-ə çağırılıb |
Sandu da Moskvadan gələn təhlükələrin artmasından narahatlığını ifadə edib. Siyasətçi deyib ki, onun ölkəsində yaxşı anlayırlar ki, Rusiya Federasiyası heç bir vədi yerinə yetirmir, Kreml həm də müasir imperializm siyasəti aparır.
Xatırladaq ki, Sandu dəfələrlə Rusiyanın ölkədəki sabitliyi pozmağa yönəlmiş hərəkətlərindən narahatlığını bildirib. O, xüsusən də Moskvanın Moldovada hakimiyyət dəyişikliyinə çalışdığını iddia edir.
Bir müddət öncə isə siyasətçi Ukrayna prezidenti Volodimir Zelenskiyə deyib ki, Moskva Rusiyayönlü hökuməti hakimiyyətə gətirmək üçün Moldovada məqsədli şəkildə enerji böhranı yaradır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova isə Sandunu “soyqırımı” ilə müqayisə olunacaq bir siyasət yürütməkdə ittiham edib.
Martın 5-də isə Moldovanın Rusiyadakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılmışdı. Rusiya tərəfi bu ölkənin Moldovadakı səfiri Oleq Ozerovun etimadnaməsinin indiyə qədər ölkə prezidenti tərəfindən qəbul edilməməsinə görə narazılıq bildirib. O.Ozerov səfir qismində Moldovaya 2024-cü ilin oktyabrında gəlib.
Tural Tağıyev
AzVision.az