Pavel: “Avropa ABŞ-siz gələcəyə hazır olmalıdır”

      Pavel:    “Avropa ABŞ-siz gələcəyə hazır olmalıdır”
  11 Mart 2025    Oxunub:756
Çexiya prezidenti Petr Pavel hesab edir ki, Avropanın ABŞ-nin hərbi dəstəyi olmadan yaşayacağı ssenarisinə hazırlaşmaq lazımdır.
AzVision.az xəbər verir ki, jurnalistlərə açıqlamasında Petr Pavel Çexiyanın “bir sıra mühüm məsələlərdə ABŞ-nin mövqeyinin dəyişməsini” nəzərə alaraq, ilk növbədə, həm ölkədə, həm də Avropa İttifaqında (Aİ) öz imkanlarına daha çox diqqət yetirməli olduğunu vurğulayıb.

“Bizim üstünlüyümüz ABŞ ilə sıx ittifaqda işləməyə davam etmək və fəaliyyət göstərən transatlantik əlaqəni saxlamaq olacaq. Digər tərəfdən, biz Aİ və ya Avropanın bir hissəsi kimi tək qala biləcəyimiz ssenariyə hazır olmalıyıq. Bu halda müdafiəmizi təmin etmək üçün bütün zəruri bacarıqlarımızı qorumaq üçün həmfikir ölkələrlə çox intensiv işləməyə hazırıq”, - Çexiya prezidenti deyib.

Qeyd edək ki, ABŞ-nin yeni administrasiyası dəfələrlə Avropadakı hərbi mövcudluğunu azaltmağı planlaşdırdığını və NATO-nun avropalı üzvlərinin müdafiəyə daha çox pul xərcləməli olduğunu açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Çexiya   ABŞ    





Xəbər lenti