Ursula fon der Lyayen: “Putin düşməndir, ona inanmaq olmaz”

      Ursula fon der Lyayen:    “Putin düşməndir, ona inanmaq olmaz”
  11 Mart 2025    Oxunub:524
Avropa İttifaqının (Aİ) müdafiə sənayesinin Rusiyadan geri qaldığını iddia edən Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Avropanın silahlandırılmasının sürətləndirilməsinə çağırıb.
AzVision.az xəbər verir ki, AK-nin rəhbəri Avropa Parlamentinin (AP) Starsburqda keçirilən plenar iclasında belə çağırış edib.

“Əgər real hərbi xərclərə nəzər salsaq, Rusiya cəmi Avropadan çox xərcləyir. Avropada istehsal hələ də aşağı səviyyədədir. Ənənəvi imkanlardan əlavə, üzləşdiyimiz təhdidlərin çevrəsi hər gün daha da genişlənir. Bu baxımdan, Aİ ölkələri müdafiə xərclərinə ÜDM-in 3%-dən çoxunu xərcləməlidir”, - xanım Lyayen deyib.

Onun sözlərinə görə, “soyuq müharibə”dən sonra bəziləri Rusiyanın Avropaya inteqrasiya edə biləcəyinə inanırdılar. Avropa buna arxayınlaşdı, sayıqlığını azaltdı və müdafiə büdcələrini aşağı saldı.

- Lakin Rusiya prezidenti Vladimir Putin dəfələrlə sübut edib ki, o, düşmən qonşudur və ona etibar etmək olmaz. Onu yalnız niyyətlərindən əl çəkməyə məcbur etmək mümkündür”, - AK rəhbəri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Lyayen   Putin   düşmən  





Xəbər lenti