Filippo: "Moskvanı vuran Kiyev sülh prosesini pozmaq istəyir"

      Filippo:    "Moskvanı vuran Kiyev sülh prosesini pozmaq istəyir"
  11 Mart 2025    Oxunub:585
Fransalı siyasətçi və "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsində diqqət çəkən paylaşım edib.
O, yazıb ki, Ukrayna Moskva və Moskva vilayətinə pilotsuz təyyarələrlə hücum etməklə sülh prosesini pozmaq istəyir.

Moskva PUA-ların hücumunu ATƏT-in baş katibinin səfəri ilə əlaqələndirib
“Kiyev rejimi sülh danışıqlarını pozmaq üçün bundan yaxşı cəhd edə bilməzdi! Bu, Zelenskinin Ağ Evdəki qəribə davranışından bir neçə gün sonra ikinci oxşar hadisədir! Arxasında Avropa Birliyi olan bir adam sülh istəmir”,- Filippo yazıb.

"Vətənpərvərlər" Partiyasının lideri bir neçə gün öncə də diqqət çəkən fikirlər səsləndirmişdi. O bildirib ki, Avropa İttifaqı və Fransa prezidenti Emmanuel Makron münaqişəni böyütmək üçün Ukraynaya qoşun yeritmək istəyir.

Xatırladaq ki, bu gecə Ukrayna Rusiyaya qarşı ən böyük PUA hücumu həyata keçirib. Rusiyanın Müdafiə nazirliyi hava hücumundan müdafiə (HHM) sistemlərinin gecə ərzində ölkə ərazisi üzərində 337 PUA-nı məhv etdiyini açıqlayıb.
Yerli media isə bunu Rusiyanın 2022-ci ildən bəri gördüyü ən kütləvi dron hücumlarından biri kimi qiymətləndirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   PUA   Moskva   Kiyev  





Xəbər lenti