“Belə bir vəziyyətdə Ukraynanın Aİ-nin təhlükəsizlik sisteminə qoşulması iqtisadi baxımdan faciəvi nəticələrə səbəb olacaq. Çünki müharibə aparan edən ölkənin inteqrasiya prosesinə qoşulması əslində müharibənin davam etməsi deməkdir”, - macarıstanlı nazir vurğulayıb.
![]() |
Macarıstan Ukrayna ilə bağlı referendum keçirəcək |
- Yada salaq ki, biz onlara taxılın Mərkəzi Avropaya, sonra isə Afrikaya göndərilməsinə icazə vermişdik. Nəticədə bura taxıl gətirdilər, bazara atdılar və Mərkəzi Avropa fermerlərini məhv etdilər. Onlar istədiklərini deyə bilərlər, lakin biz Ukraynanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı müzakirələrdə macar xalqının mövqeyini təmsil edəcəyik”, - Peter Siyarto xəbərdarlıq edib.
Xatırladaq ki, Macarıstan hökuməti martın 6-da Aİ sammitindən sonra Ukraynanın birliyə daxil olması ilə bağlı ölkədə referendum keçirəcəyini və bu müstəvidə Brüssellə məsləhətləşmələr zamanı onun nəticələrini rəhbər tutacağını bəyan açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az