Ukrayna briqadaları Kurskdan geri çəkilir - "Forbes"

   Ukrayna briqadaları Kurskdan geri çəkilir    - "Forbes"
  12 Mart 2025    Oxunub:595
Ukrayna qoşunları Rusiya hərbi qüvvələrinin irəliləməsi fonunda Kursk vilayətini tərk edəcək. Bu fikirlər “Forbes”də dərc olunan məqalədəndir.
Qeyd edilib ki, hələ iki həftə əvvəl Rusiyanın pilotsuz təyyarələrdən ibarət elit qrupu Ukraynanın təchizat xətlərini kəsib: "Fevralın 25-də bir sıra xüsusi hədəflənmiş zərbələrdən sonra Sudjaya gedən əsas yol boyunca onlarla avtomobil sıradan çıxardıldı. Bu şəhər Rusiyanın qərbindəki Kursk bölgəsində böyük ərazini əlində saxlayan 10.000 nəfərlik Ukrayna ordusu üçün əsas baza rolunu oynayırdı".

Ukrayna hərbçiləri Kurskda mühasirəyə düşə bilər
Analitik Endryu Perpetua da vəziyyətin kritik həddə çatdığını deyib. O qeyd edib ki, həmin gündən sonra artıq hamı Kursk haqqında narahat olmağa başlayıb. Bundan iki həftə sonra isə Ukrayna bölmələrinin əsas hissəsi, o cümlədən döyüşə hazır olan ən güclü briqadalar Rusiyadan ölkə ərazisinə qayıdaraq Kurskda mütəşəkkil evakuasiya həyata keçiriblər.

Hərbçilər də giley-güzarlarını gizlətməyiblər. Adı açıqlanmayan ukraynalı zabitlərdən biri deyib: "Dostlarım mühasirəyə düşməmək üçün Kurskdan çıxa bildilər. Təssüf doğuran və insanı incidən bir hal yaranıb. Heyf ki, işlr bu yerə qədər gəlib çıxdı... Amma reallığı əks etdirən durum budur".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Kursk  





Xəbər lenti