Avropa ABŞ-yə qarşı əks-tədbirlərə əl atır

“ABŞ əsassız tarifləri seçdi və bizə cavab verməkdən başqa seçim qoymadı. Hazırda Aİ-nin dayandırılmış tarazlaşdırma tədbirləri aprelin 1-dən bərpa olunacaq”, - avrokomissra “X” sosial şəbəkəsində paylaşım edib.
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen yeni tarif siyasətinin iki mərhələdə həyata keçiriləcəyini bildirib. Aprelin 1-dən etibarən Amerika məhsullarına tariflərin dayandırılması proseduru ləğv olunacaq və aprelin ortalarına qədər ABŞ malları üçün yeni əks tədbirlər hazırlanacaq. Eyni zamanda, xanım Lyayen AK-nin Vaşinqtonla konstruktiv dialoqa hazır olduğunu deyib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Aİ-dən idxal olunan mallara 25 faizlik rüsum tətbiq edib.
Sahil İsgəndərov
AzVision.az