İsrail Livanla münasibətlərin normallaşmasını istəyir

   İsrail Livanla münasibətlərin normallaşmasını istəyir
  12 Mart 2025    Oxunub:515
"İsrail tərəfi Livanla atəşkəs üzrə danışıqların yeni mərhələsində münasibətlərin normallaşmasını əsas məqsəd kimi görür".
Bu sözləri "Times of Israel" xəbər saytına açıqlamasında ölkə hökumətinin adı gizli saxlanılan rəsmi nümayəndəsi söyləyib. O vurğulayıb ki, danışıqlar çərçivəsində İsrail-Livan sərhədinin vəziyyəti, İsrail Ordusunun Livanın cənubundakı mövcudluğu və livanlı məhbusların azadlığa buraxılmaları məsələsi ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Livan   münaqişə   danışıqlar  





Xəbər lenti