Mirzoyan türkiyəli jurnalistlərlə bağlı iraddan qəzəblənib

   Mirzoyan türkiyəli jurnalistlərlə bağlı iraddan qəzəblənib
  13 Mart 2025    Oxunub:421
Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan hökumətin iclasından sonra erməni jurnalistlərin səsləndirdiyi irada görə özündən çıxıb.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, hökumətin iclasından sonra Mirzoyan media nümayəndələrinin suallarına məhəl qoymayaraq getmək istəyib. Buz aman jurnalistlərdən birinin “Siz ancaq türk həmkarlarınıza yaraşırsınız, cənab Mirzoyan?” sualından sonra media nümayəndələrinə yaxınlaşan nazir sərt cavab səsləndirib.

“Əvvəla, dediklərinizi son dərəcə kobud, tərbiyəsizlik və qeyri-peşəkarlıq hesab edirəm. İkincisi, bu, peşəkar jurnalist fəaliyyəti deyil, siyasi aksiyadır. Ayıb olsun sizə”, - Ararat Mirzoyan deyib.

Paşinyan ilk dəfə Türkiyə mediasına müsahibə verib
Jurnalistlərdən birinin “Gəlib bizi utandırdığınıza və getməyinizə görə sizə ayıb olmalıdır” ifadəsindən sonra çıxıb getməyə hazırlaşan Ermənistan XİN-in rəhbəri geri qayıdaraq polemikaya girib.

- Sizlərdən hər hansı biriniz “yalnız türk həmkarlarımıza cavab verirsiniz” dedikdə, mənim “Ayıb olsun, icazə veriləndən kənara çıxmayın” deməyə tam haqqım var”, - Mirzoyan vurğulayıb.

Xatırladaq ki, bu yaxınlarda bir qrup türkiyəli jurnalist Ermənistana səfər edib. Onlara bir sıra müsahibələr verilib və türkiyəli jurnalistlər Türkiyə ilə sərhəddəki “Marqara” keçid məntəqəsinə aparılıb.

Elə həmin gün Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə olaraq, türkiyəli jurnalistlərə müsahibə verib.
Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mirzoyan   jurnalistlər   mübahisə  





Xəbər lenti