İsrail "Tesla" ilə müqavilə bağlayır

 İsrail "Tesla" ilə müqavilə bağlayır
  14 Mart 2025    Oxunub:524
İsrail Dövləti hökumət nümayəndələrinin elektrikli avtomobillərlə təmin olunmaları üçün amerikalı milyarder İlon Maskın "Tesla" şirkətinə təklif irəli sürüb.
"Yəhudi Xəbərləri Sindikatı" (JNS) İsrail hökumətinin adı çəkilməyən yüksəkvəzifəli nümayəndəsinə istinadən yazır ki, hazırda "Tesla"nın cavabı gözlənilir.

Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahu da özünün "X" hesabında sözügedən şərhsiz paylaşaraq hökumətin sözügedən addımını təsdiqləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Tesla   elektromobil  





Xəbər lenti