Çin: "İrana qarşı qanunsuz sanksiyalar dayandırılmalıdır"

      Çin:    "İrana qarşı qanunsuz sanksiyalar dayandırılmalıdır"
  14 Mart 2025    Oxunub:488
Çinin xarici işlər nazirinin müavini Ma Çausu İrana qarşı qanunsuz birtərəfli sanksiyalara son qoymağa çağırıb.
O bu barədə paytaxt Pekində İranın nüvə proqramı məsələsi ilə əlaqədar keçirilən üçtərəfli (İran, Rusiya və Çin) sammitin yekununda mətbuata açıqlamasında danışıb.
İranın nüvə proqramı ilə əlaqədar üçtərəfli sammit başlayıb - VİDEO

"Görüşdə nüvə problemi barədə, habelə sanksiyaların ləğvi haqqında ətraflı fikir mübadiləsi apardıq. Bütün qeyri-qanuni sanksiyaların dayandırılmasının vacibliyini vurğuladıq", - XİN müavini deyib.

Martın 10-da İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də mətbuata brifinqdə oxşar ifadələri dilə gətirib. O vurğulayıb ki, ABŞ-nin sanksiyaları uzatması yolverilməzdir.

"Bu addım qanunsuzluğun, insanlığa qarşı cinayətin etirafıdır. ABŞ-nin İran xalqına qarşı irəli sürdüyü birtərəfli sanksiyaların hüquqi əsası yoxdur", - o bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Çin   İran   sanksiyalar  





Xəbər lenti