Ər-Riyad Bak-İrəvan razılaşmasını yeni mərhələ sayır

Ər-Riyad Bak-İrəvan razılaşmasını yeni mərhələ sayır
  15 Mart 2025    Oxunub:500
Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.
AzVision.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, Ər-Riyad bu sazişin Cənubi Qafqazda sabitlik və inkişafın yeni mərhələsi üçün təməl olacağına ümid edir.

"Krallıq beynəlxalq təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, həmçinin inkişaf və rifah üçün şəraitin yaradılmasına yönəlmiş bütün səylərə dəstəyini təsdiqləyir", - bəyanatda qeyd olunub.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi həmçinin münaqişələrin sülh yolu ilə həllinə və beynəlxalq ictimaiyyətin rifahı naminə diplomatik təşəbbüslərin davam etdirilməsinə sadiqliyini təsdiqləyib.
AzVision.az



Teqlər:





Xəbər lenti