Livanla Suriya arasında gərginlik yaşanır

“Ordu bölmələri atəş mənbələrinə müvafiq silahlarla cavab verib, yerləşməni sürətləndirib və təhlükəsizlik vəziyyətini nəzarətə götürüb. Livanın şimalındakı Əl-Kəvvah, Əl-Qəsr, Səhalat əl-Mey və Xoş əs-Seyid yaşayış məntəqələri yaxınlığında ən azı 50 mərmi partlayıb”, - “Lebanon 24” telekanalı Livanın Hərbi Hava üvvələri (HHQ) komandanlığından sitat gətirir.
Martın 16-da “Əl Nəhar” qəzeti Suriya ərazisindən artilleriya atəşinə tutulduqdan sonra Suriya ilə sərhədin şimal və şərq hissələrində Livan ordusunun əsgərlərinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini yazmışdı.
Suriyanın Daxili İşlər nazirliyi yaranmış vəziyətdə “Hizbullah” hərəkatının üzvlərini günahlandırıb. Bu təşkilatın mətbuat xidmətinin bəyanatında isə Livan-Suriya sərhədində baş verən hadisələrdə “Hizbullah”ın iştirakı təkzib olunur.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Livan Suriya gərginlik